"Trubadur" operasının tamaşası keçiriləcək

"Trubadur" operasının tamaşası keçiriləcək

Noyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən xəbərə görə, uzun illərdən bəri Teatrın repertuarında olan bu tamaşa operasevərlər tərəfindən hər zaman böyük maraqla qarşılanır və anşlaqla baş tutur.

Tamaşada ilk dəfə Leonora partiyasını Teatrın aparıcı solistlərindən biri - Əməkdar artist İlahə Əfəndiyeva ifa edəcək.

İ.Əfəndiyeva ilə yanaşı tamaşada Xalq artistləri Fidan Hacıyeva (Azuçena), Əkrəm Poladov (Ferrando), Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əliəhməd İbrahimov (Rüis), solisrlər Taleh Yahyayev (qraf di Luna), Nina Makarova (İnes) çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə