“Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək

“Muğam aləmi” II Beynəlxalq muğam festivalı keçiriləcək

Martın 14-dən 21-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Muğam aləmi" II Beynəlxalq muğam festivalı keçiriləcək. Festival çərçivəsində muğama həsr olunan müzakirələr olacaq, klassik və simfonik muğamlar səsləndiriləcək.

Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Martın 14-də Beynəlxalq Muğam Mərkəzində festivalının təntənəli açılış mərasimi olacaq.

Ertəsi gün AMEA Tarix Muzeyində "Azərbaycan muğamı və Orta Şərq musiqisi " elmi simpoziumun açılış mərasimi baş tutacaq. Martın 16-sı Azərbaycan Bəstəkarlar İttifaqında Simpoziumun davamı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə