Gürcü və Azərbaycan rəssamları performansı keçirilib FOTOLAR

Gürcü və Azərbaycan rəssamları performansı keçirilib FOTOLAR

“Alüminium” VI Beynəlxalq Müasir İncəsənət Binnealisinin 4-cü günündə “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğunda gürcüstanlı rəssam Elena Rakviaşvili və Azərbaycanlı iştirakçı Vüsal Rəhimin performans nümayiş etdirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Vüsal Rəhimin “Bacararsan” performansını Biennalinin növbəti tədbirində ilk dəfə nümayiş etdirib.

Performans insan üçün sadə görülən prosesi, paltarı geyinərkən istifadə etdiyimiz hərəkəti ifadə edir. Paltarın qolları 400 m olduğu üçün insan dolanışığa düşür və sadə addım atıb paltarı geyinib gedəcəyi məkana çata bilmir. “Bacararsan” performansı insanın həyatında yaşadığı çətinliklər, həyatla mübarizəsinin allaqorik ifadəsidir. Konseptual rəssamın performansı Azərbaycan Dövlət Akademik Musiqili Teatrın gənc aktyoru Zaur Əliyev tərəfindən icra olunub.

Xatırladaq ki, “Həyatımızdakı Dəyərlər” şüarı ilə “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğunda keçirilən layihənin növbəti tədbiri də maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə