“La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində FOTOLAR

“La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində FOTOLAR

İtaliyanın məşhur “La Skala” teatrının solistləri Heydər Əliyev Mərkəzində çıxış ediblər. SİA-nın məlumatına görə, ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Konsert proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin “Traviata”, “Riqoletto”, J.Bizenin “Karmen”, C.Puççininin “Toska”, V.A.Motsartın “Don Juan”, P.Çaykovskinin “Yevgeni Onegin” və digər operalardan solo partiya və duetlər, romanslar, populyar italyan mahnıları ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə