"Mən səhnəsiz yaşaya bilmərəm. Gələn aydan etibarən mən də səhnədə olacağam. Özümü buna hazırlayıram". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Akademik Milli Dram Teatrının açılışında iştirak edən görkəmli aktyor, yenicə müalicədən Vətənə qayıdan xalq artisti Yaşar Nuri deyib.
Aktyor illərdir, çalışdığı teatrın açılışında iştirak etməkdən məmnun olduğunu bildirib: "Qayıtmağımın səbəblərindən ən əsası teatrın açılışında iştirak etməkdir. Bəlkə də təmir vaxtı teatrın önündən ən çox keçən mən olmuşam. Hər keçəndə də bu səhnədə yenidən oynamağı arzu edirdim. Çıxış edəcəyəm də. Mən hələ çox yeni rollar oynayacağam. Hazırda yeriməyimdə problemlər var. Ona görə səhnəyə çıxmıram. Qorxuram ki, birdən səhnədə büdrəyərəm. Çünki mən indiyə kimi bir dəfə də səhnədə büdrəməmişəm. Səhnə məlhəmdir, bu məlhəmdən necə imtina etmək olar?".
Qeyd edək ki, Yaşar Nuri ötən gün Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunan "Qarabağnamə" tamaşasına gələnlər arasında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB