Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra ilk dəfə qapılarını teatrsevərlərin üzünə açıb- FOTO
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra ilk dəfə qapılarını teatrsevərlərin üzünə açıb. SİA-nın məlumatına görə, açılış mərasimində baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Türkiyənin İstanbul Memorial Xəstəxanasında müalicəsini yarımçıq qoyub, Milli Teatr Günündə iştirak etmək üçün vətənə qayıdan xalq artisti Yaşar Nuri və bir çox mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
İlk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bütün sənət adamlarını əlamətdar gün münasibətilə təbrik edib və 138 illik tarixi olan Azərbaycan teatrının hazırkı inkişaf prosesi ilə bağlı ətraflı məlumat verib.
Nazir bildirib ki, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir: "Ulu öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezidentin bilavasitə təşəbbüsü ilə son illər ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra dövlət sənədləri qəbul edilib".
Ə.Qarayev onu da qeyd edib ki, müasir üslubda təmir edilən, ən yeni texnologiya ilə təchiz olunan Akademik Milli Dram Teatrı Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynayacaq.
Daha sonra isə teatrın yaradıcı heyəti Milli Teatr Günündə teatrsevərlərə görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında tam yeni quruluşda hazırlanmış "Qarabağnamə"ni təqdim edib.
Sonra ikihissəli faciə - "Qarabağnamə" nümayiş etdirilib.
Məlumat üçün bildirək ki, tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı,əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Həmid Kazımzadədir.
Əsas rolları xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova, əməkdar artistlər Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Əli Nurzadə, Elşən Cəbrayılov, aktyorlar Anar Heybətov, Əminə Babayeva, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.
Qeyd edək ki, böyük maraqla qarşılanan tamaşa martın 11-12-də də göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB