“Buta” bədii filminin təqdimatı keçiriləcək

“Buta” bədii filminin təqdimatı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi martın 11-də saat 19.00-da "Azərbaycan" kinoteatrında C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Butafilm" Prodüser Mərkəzinin birgə istehsalı olan rejissor İlqar Nəcəfin "Buta" bədii filminin təqdimatını keçirəcək.

Bu barədə SİA-ya nazirliyin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Ssenari müəlliflərinin İlqar Nəcəf və Ramiz Fətəliyev olduğu filmin quruluşçu operatoru Georgi Beridze, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkar Cavanşir Quliyev, prodüserləri Xamis Muradov, İlqar Nəcəfdir.

Filmdə aktyorlardan Rafiq Əzimov, Tofiq Əliyev, Elnur Kərimov, Ləman Nəbiyeva, Arzu İsayeva, Mirmöhsün Mirzəyev, Bahadur Səfiyev, Kimyaxanım Daşdıyeva, Süleyman Nəcəfov və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə