Yazıçı Varis Yolçıyev oxucuları ilə görüşdü

Yazıçı Varis Yolçıyev oxucuları ilə görüşdü
Üç roman müəllifi olan və tez bir zamanda məşhurlaşan yazıçı Varis Yolçıyevin oxucularla görüşü keçirilib. SİA-nın məlumatına görə, "İRƏLİ" Gənclər mərkəzinin "İrəli Ədəbi Məclis"inin təşəbbüsü ilə baş tutun görüşdə yazıçının üç məşhur romanı - "Sonuncu ölən ümidlərdir", "Bir ovuc torpaq" və "Sənə inanıram" haqda müzakirələr aparılıb. Gecənin aparıcısı, gənc yazar və "İrəli Ədəbi Məclisin" sədri Orxan Muxtarlı tədbiri açıq elan edərək, gənclərin Varislə görüşmək istədiyini xüsusi ilə vurğuladılar.

Səbəbkar Varis isə öz əsərlərindən danışaraq, maraqlı açıqlamalar verdi. Onun sözlərinə görə, sayca ikinci romanı olan və vətənpərvərlik mövzusunda yazılan "Bir ovuc torpaq" kifayət qədər qalmaqala səbəb olub. Romanda Azərbaycan torpaqlarının işğalında və düşmən olan Ermənilərdən söhbət gedir. Kitab elə düşmənlərimizi əlinə keçər-keçməz Varisə hücum ediblər. "Facebook" sosial şəbəkəsində yazıçıya ermənidən şəxsi və ədəbsiz ifadələrlə dolu məktublar gəlir: "Facebook"da Nikon Qalibyan adlı bir erməni bu romanı ərsəyə gətirdiyim üçün məni sözün əsl mənasında söyür. Əvvəllər söyüşləri görəndə əsəbiləşirdim. Ancaq sonra düşündüm ki, mən bunları qıcıqlandıra bilmişəm. Demək bunlar məni oxuyurlar. Amma növbəti illərdə yenidən bu mövzuda roman yazsam, düşmənin adını qeyd etməyəcəyəm və çalışacağam ki, kitab dünyaya çıxsın. Müxtəlif dillərdə tərcümə olunsun. Bütün dünya Azərbaycanla-erməni davasından xəbərdardır. Və kitabın Azərbaycandan erməniyə həsr olunması digər xalqlar üçün maraqlı olmayacaq. Ancaq düşmənin kim olduğu bilmədən oxumaq hər kəsin diqqətini cəlb edəcək".

Yazıçı onu da əlavə kitabının pirat nüsxələri də çap olunur: "Piratlar əvvəllər müğənnilərə hücum etmişdilər və yalnız disklərin pirat nüsxələri çıxırdı. Ancaq indi məlum olur ki, piratlar kitablara da hücum ediblər. Təbii ki, bunun qarşısını almağa çalışacağam. Çünki bunun maliyyə tərəfi mənə ziyan vurur. Ancaq piratlar bundan qazanırlar. Bu, bir daha onu sübut edir ki, oxucularım kifayət qədərdir. Mən ümumiyyətlə, oxucu sarıdan şikayətçi deyiləm. Çünki hələ ilk romanım olan "Sonuncu ölən ümidlərdir" kitabım yüksək tirajla çap olunmasına baxmayaq, hələ də, üç ildir oxucu istəyi ilə təkrar nəşr etdirirəm".

Yazıçının sözlərinə görə, onun romanları əsasında serial və film çəkmək təklifi gəlib: "Türkiyədən təkliflər gəlib. Əgər məni qane etsə, mütləq razılaşacağam".

Sonda Varis şəxsi imzası ilə tədbir iştirakçılarına kitablar təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə