56-cı “Eurovision-2011” mahnı müsabiqəsi üçün dünyanın ən böyük ekranı hazırlanır - FOTO
Almaniyada keçiriləcək 56-cı "Eurovision-2011" mahnı müsabiqəsi üçün dünyanın ən böyük ekranı hazırlanır. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Düsseldorfdakı Tusen göydələnində "Eurovision" mahnı müsabiqəsini izləmək üçün dünyanın ən böyük ekranı qurulacaq.
Şou binanın 6.300 m2-lik fasadında quraşdırılan ekranda yayımlanacaq. Görüntünun mümkün qədər keyfiyyətli olması üçün 30-dan çox videoprojektordan istifadə olunacaq. Yaxşı hava şəraitində bu binanı Düsseldorfun hər yerindən görmək mümkündür.
Qeyd edək ki, Tusen göydələni "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcək Düsseldorf şəhərinin mərkəzində yerləşir.
Bununla yanaşı, dünən keçirilən canlı yayımda Yunanıstanın təmsilçisi və müsabiqədə ifa edəcəyi mahnı məlum olub. Belə ki, Yunanıstanı bu il müsabiqədə Lukas Yorkas "Watch my dance" (Mənim rəqsimi izlə) mahnısı ilə təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB