"Klassik və müasir ədəbiyyat məsələləri" kitabı işıq üzü görüb

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin "Klassik və müasir ədəbiyyat məsələləri" kitabı "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. SİA-nın məlumatına görə, kitabda məqalələr "Klassik irs", "Folklor. Aşıq sənəti", "Güc, qüvvət elmdədir" və "Görünən və görünməyən - Mövlud Süleymanlı" adlı bölmələr üzrə oxuculara təqdim edilir.

Nəşrdə müəllifin ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq, müasir nəsr, mədəniyyətşünaslıq və təhsili əhatə edən elmi və tənqidi məqalələri ədəbiyyatın formalaşması, inkşaf prosesini əks etdirir. Kitabda milli ədəbiyyat, folklor və aşıq ədəbiyyatının müxtəlif problemləri ayrı-ayrı görkəmli alim, yazıçı və aşıqların yaradıcılığı əsasında araşdırılır.

Kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi professor Kamil Allahyarov, rəyçiləri isə professorlar Məhərrəm Qasımlı və Şəfəq Əlibəylidir.

Bütün xəbərlər Facebook səhifəmizdə