Azərbaycanlı aktirsa İran kinemotoqrafçıları ilə iş birliyinə imza atıb
"Fəcr" festivalında İran kinemotoqrafçılarının istehsalı olan rejissor Həsən Nəcəfinin "İtkin pay" bədii filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, filmdə ana obrazını azərbaycanlı aktrisa, əməkdar artist Xalidə Quliyeva, oğul obrazını isə istedadlı aktyor Qurban Məsimov canlandırıb.
Əməkdar artist Xalida Quliyevanın SİA-ya verdiyi açıqlamasında məluma olub ki, bəzi səbəblər üzündən festivalın keçirilmə tarixi dəyişdirilib. Bu isə aktrisanın festivala qatılmasına mane olub: "Mənə filmdə iştirak etmək üçün İrandan dəvət gəlmişdi. Amma festivalın vaxtının dəyişməsi planlarımı alt-üst etdi. Həyat yoldaşım kinodramaturq Eldəniz Quliyev isə "Fəcr" festivalına qatıldı. Onun festival və film haqqında rəyi müsbətdir".
Aktrisa deyib ki, İran kinemotoqrafçıları ilə bağlı əlaqələri bununla kifayətlənmir. O, sözügedən ölkədə daha bir kinolayihəyə imza atıb: "Bu bir sirdir. Bircə onu deyə bilirəm ki, dəvət aldığım film teleserial olacaq. Tamaşaçılar məni gözəl bir obrazda görəcəklər. Fikrimcə, film hər iki ölkə kinosevərləri tərəfindən sevilərək izləniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB