“Oğru və Doğru” tamaşasının premyerası olacaq

“Oğru və Doğru” tamaşasının premyerası olacaq

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı noyabrın 4-də saat 19:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində şair-dramaturq İmir Məmmədlinin “Oğru və Doğru” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerasını tamaşaçılara təqdim edəcək.

SİA-nın məlumatına görə, tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşcu rejissor Nicat Mirzəzadə, rejissor assistenti Bəhruz Hikmətoğlu, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda Müdvər Nemətova (Afaq), Anar Buludov (Rasim), Niyaməddin Səfərəliyev (Piralı), Rövşən Cəfərov (Gözətçi), Arzuman Tanrıverdi (Oğru) çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə