Şəkidə respublika müsabiqələrində fərqlənən müəllim və şagirdlər təltif edilib

Şəkidə respublika müsabiqələrində fərqlənən müəllim və şagirdlər təltif edilib

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə M.F.Axundzadə adına şəhər Mədəniyyət Mərkəzində Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV, Gənc pianoçuların V Respublika müsabiqələrində və “Qarabağ Kuboku 2019” incəsənət yarışmasında regionu layiqincə təmsil edərək, müvəffəqiyyət qazanmış şagirdlərin, tələbələrin, müəllim və konsertmeysterlərin təltif edilməsi mərasimi keçirilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova müsabiqə qaliblərini təbrik edib və onlara yeni-yeni nailiyyətlər arzulayıb.

Tədbir mükafatçıların iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə