Yunanıstanda “Odlar yurdu – Azərbaycan” fotosərgisi açılıb

Yunanıstanda “Odlar yurdu – Azərbaycan” fotosərgisi açılıb

Yunanıstanın Saloniki şəhərində “Odlar Yurdu – Azərbaycan” adlı fotosərginin təntənəli açılış mərasimi olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə tədbir "Yunanıstanda Azərbaycan Günləri” layihəsi çərçivəsində gerçəkləşib. Sərginin keçirilməsində məqsəd Azərbaycanın tarixi və turizm bölgələrini yunan xalqına, eləcə də bu ölkədə yaşayan müxtəlif icmalara tanıtmaq və ölkələrimiz arasında qarşılıqlı mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun, "QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Diaspor Gəncləri Platformasının dəstək göstərdiyi sərginin açılış mərasimində xarici ölkə səfirliklərinin, yerli QHT və KİV-lərin nümayəndələri iştirak ediblər.

Sərgidə nümayiş olunan, ölkəmizin əsrarəngiz təbiətini və qədim tarixi abidələrini əks etdirən şəkillər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə