Elçinin seçilmiş məqalə və esseləri kitab şəklində çap olunub

Elçinin seçilmiş məqalə və esseləri kitab şəklində çap olunub

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin “Daha dərin qatlara (seçilmiş məqalə və esselər)” adlı kitabının nəşri başa çatdırılıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görkəmli yazıçı, dramaturq Elçinin oxucularına təqdim etdiyi “Daha dərin qatlara” adlı kitabında XX əsrin 70-ci illərindən bu günə kimi dövri mətbuatda dərc olunan seçilmiş məqalə və esseləri toplanıb. “Tənqid və ədəbi proses”, “Problemlər”, “Ədəbiyyatımız və folklorumuz”, “Qələm sahibləri”, “Teatr və tamaşalar” bölmələrində oxuculara təqdim olunan məqalə və esselərin hər biri oxucunu düşündürür.

“Təhsil” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə