Fikrət Əmirovun “Sevil” operası fərqli üslubda səhnələşdiriləcək - EKSKLÜZİV
Dövlət Pantomima Teatrında yeni tamaşa hazırlanır. Bunu SİA-ya açıqlamasında teatrın direktoru Elman Rəfiyev bildirib. O bildirib ki, "Dəli Domrul" adlanan tamaşa "Kitabi Dədə Qorqud" dastanının eyniadlı boyu əsasında səhnələşdirilir.
Direktor bildirib ki, artıq tamaşanın məşqləri gedir. Premyeranın isə aprelin ya birinci on günlüyündə ya da ki ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Qeyd edim ki, tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı özüməm: "Tamaşada teatrın bütün aktyor heyəti iştirak edir".
Elman Rəfiyev həmçinin qeyd edib ki, onun rəhbərliyi ilə Xəzər universitetində tələbələrlə birlikdə Fikrət Əmirovun "Sevil" operasını səhnələşdirəcəyik: "Bu tamaşa biraz fərqli üslubda olacaq. Belə ki, bildiyimiz kimi opera müğənnisi bir yerdə dayanıb ifa edir, ancaq hazırladığımız bu tamaşada isə ifa ilə yanaşı həm də hərəkət olacaq. Baxmayaraq ki, ifa ilə eyni zamanda hərəkət çətin olacaq, ancaq düşünürəm ki, bunun da öhdəsindən gələ biləcəyik".
Direktor hazırda bu tamaşanın üzərində hazırlıq işlərinin aparıldığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB