“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında davam edən “Periferik genişlənmə” sərgisi çərçivəsində “Burkinabe səxavəti: Burkina-Fasoda aqroekologiya” filmi nümayiş olunub. SİA-nın məlumatına görə, ekran əsəri rejissor İara Li tərəfindən çəkilib və Qərbi Afrikanın kiçik, dənizə çıxışı olmayan ölkəsi – Burkina Fasodakı kənd təsərrüfatına müqavimət və qida suverenliyi uğrunda mübarizədən bəhs edir.
Film fəal fermerlər, tələbələr, rəssamlar və “Slow Food” hərəkatının liderlərinin öz adət-ənənələrini və torpaqlarının kollektiv kənd təsərrüfatına məcburi daxil edilməsinə qarşı çıxmasını, həmçinin qadınların “dolo” pivəsi sataraq iqtisadi azadlıq qazanmasından, gənclərin “Monsanto” kimi şirkətlərə qarşı nümayişlər etməsinə, hip-hop musiqiçilərinin Tomas Sankaranın inqilabi ruhunu yenidən canlandırmasına qədər insanların öz qidaları, toxumları və gələcəkləri üzərindəki nəzarəti geri qazanmaq üçün istifadə etdikləri bütün yeni taktikaları əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB