Belqradda Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə “İngilis bulvarı” kitabının təqdimat mərasimi keçirilib

Belqradda Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə “İngilis bulvarı” kitabının təqdimat mərasimi keçirilib

Serbiyanın aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə onun yaradıcılığına həsr olunan simpozium və serb dilinə tərcümə olunaraq nəşr edilmiş “İngilis bulvarı” kitabının təqdimat mərasimi keçirilib.

SİA xəbər verir ki, tədbirdə Çingiz Abdullayevin yaradıcılığı haqqında danışılıb, belə tədbirlərin Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi bildirilib.

Çingiz Abdullayevin də iştirak etdiyi tədbirdə onun ədəbiyyat və mədəniyyət sahəsində xüsusi xidmətləri qeyd olunub, əsərlərinin böyük maraq doğurduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə