Azərbaycan Milli Kulinariya Mərkəzi birillik hesabat təqdim edib
Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov Beynəlxalq Kulinariya Günü barədə ətraflı məlumat verib.
Bildirib ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edilib ki, ölkəmiz 1998-ci ildən UNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvüdür. Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür.
Daha sonra Tahir Əmiraslanov AMKM-in birillik hesabatını təqdim edib.
Hesabatda milli kulinarlarımızın il ərzində qazandığı uğurlar, keçirdikləri görüşlər, milli mətbəx nümunələrimizin təbliğinə həsr olunan ustad dərsləri və s. barədə məlumat verilib.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycan Milli Kulinariya Mərkəzinin gördüyü işləri yüksək qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB