BMM “Nəsimi ili” çərçivəsində layihələrə dəstək verir FOTOLAR

BMM “Nəsimi ili” çərçivəsində layihələrə dəstək verir FOTOLAR

Ölkəmizdə elan olunan “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir. SİA-nın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin və Folklor İnstitutunun birgə layihəsi əsasında İ.Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Haqq mənəm, haqq məndədi” adlı musiqili-bədii axşam keçirilib.

Tədbirdə Əməkdar artist Nuriyyə Hüseynovanın və “Dədə Qorqud” ansamblının digər üzvlərinin ifaları səslənib.

Gecədə Əməkdar artistlər Nuriyyə Hüseynova, Solmaz Kosayeva, solistlər Həlimə Soltan, Mehman Mikayilov, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Ceyhun Muradov, Rafael Əsgərov,Cahandar Mikayilovun ifasında şairin şeirlərindən nümunələr tamaşaçılara təqdim olunub.

Konsertdə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Dədə Qorqud” ansamblı müşayiət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə