Həftəsonu Sumqayıt Dövlət Dram Teatrında 6 tamaşa nümayiş olunacaq
Oktyabrın 26-da Sumqayıt Dövlət Dram teatrında növbəti dəfə Xalq yazıçısı Elçinin "Qatil” pyesi əsasında hazırlanan səhnə əsəri təqdim ediləcək. Teatrdan SİA-ya verilən xəbərə görə, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Xalq artisti Firidun Məhərrəmovdur.
Teatr rəhbərliyi balacaları da nəzərə alıb. Belə ki, onlar elə həmin gün teatrın səhnəsində “Əlibaba və qırx qıldur” tamaşasına baxa biləcəklər. Tamaşanı ərəb xalq nağılı əsasında rejissor Vasif Məmmədov səhnələşdirib. Rolları Şəmistan Süleymanlı, Şəhla Məmmədova, Akif Mirzəyev, Sevda Hüseynova, Mətləb Səfərli, Aynur Hümmətova, İlqar İbrahimov, İlham Səfərli, Rövşən Əsgərov, Elmir Mehdiyev və başqaları ifa edirlər
Oktyabrın 27–də isə gündüz saatlarında uşaqlar iki seans olmaqla Abdulla Şaiqin "Qaraca qız” tamaşasını yeni quruluşda izləyə biləcəklər. Axşam isə Con Patrikin "Qarını öldürməliyik” dramı göstəriləcəkdir.
Böyük maarifpərvər ədib Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” Əməkdar artist Namis Şirməmmədov tərəfindən səhnələşdirilərək yeni quruluşda tamaşaçılara təqdim olunacaq. Artıq tamaşanın məşqlərinə başlanılıb. Həmçinin, teatrın yaradıcı heyəti "Sumqayıt -70” möhtəşəm yubiley tədbirində kütləvi bayram tamaşasında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB