Lənkəranda “Peşə Akademiyası” layihəsi çərçivəsində tədbir keçirilib
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin (Gİİ) Lənkəran Peşə Liseyi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təsdiq etdiyi tədbirlər planına əsasən mütamadi olaraq şəhər və kənd orta ümumtəhsil məktəblərində “Peşə Akademiyası” layihəsi çərçivəsində tədbirlərin keçirilməsi nəzərdə tutulub. SİA-nın məlumatına görə, Layihənin ilk təqdimatı oktyabrın 24-də rayonun Xanbulan kənd tam orta məktəbində keçirilib.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Peşə Liseyinin əməkdaşları, məktəbin müəllim-şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mərziyə Əliyeva açaraq tədbir iştirakçılarını salamlamış və layihənin ilk təqdimatının məhz Xanbulan kənd tam orta Məktəbində keçirilməsinə görə təşkilatçılara öz minnətdarlıqlarını bildirib. Daha sonra çıxış edən Gİİ-nin əməkdaşı Mehman Əliyev layihənin cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramının müvafiq yarımbəndi icra etmək məqsədilə keçirildiyini bildirib. Mehman Əliyev həmçinin Lənkəran Şəhər Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən və keçiriləcək tədbirlər haqqında məlumat verib. Sonra çıxış edən Lənkəran Peşə Liseyinin əməkdaşı Cəmil Mirzəyev bildirib ki, bu gün ölkədə həyata keçirilən təhsil siyasətinin ən mühüm istiqamətlərindən biri də peşə təhsilinin inkişafı təşkil edir.O həmçinin qey edib ki, bu gün əmək bazarında işinin peşəkarı olan peşə təhsilli mütəxəssilərə təlabat olduqca çoxdur.
Daha sonra Lənkəran Peşə Liseyinin müəllim və şagird heyətinin hazırladıqları stendlərin və xalçaçılıq, aşpazlıq, qaynaqçılıq, çayçılıq və.s sahələrdə peşə təqdimatlarıı keçirilib.
Sonda məktəbin həyətyanı sahəsində “Qırmızı Kitab”a daxil olan Lənkəran (İpək) akasiyası şagirdlərin iştirakı ilə əkilib.
Tədbirdə ümumilikdə 100-dən çox məktəbli iştirak edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB