Bu gün YAP-ın Nəsimi Rayon təşkilatının qərargahında Türkiyənin TRT kanalı ilə birgə təşkil olunan təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində TRT kanalının çəkdiyi "Qarabağ qadınları" adlı sənədli film nümayiş edilib. Adıçəkilən sənədli ekran əsərində Qarabağ müharibəsində döyüşən qəhrəman, qorxmaz Azərbaycan qadınlarının şücaəti, onların düşmən qarşısında göstərdikləri qəhrəmanlıqlarını əks etdirən məlumatlar, görüntülər təqdim olunub.
Filmdə əsasən Qarabağ əlili və veteranı, qəhrəman qadınlarımızdan olan Firəngiz Səttarovanın döyşlərdə göstərdiyi qəhrəmanlıqlar, onun həyat yoldaşı hərbçi qırıcı -1024 təyyarəsinin komandiri Xanlar Səttarovla çiyin-çiyinə döyüş bölgələrində vuruşması əks olunub. Firəngiz xanım həyat yoldaşı Xanlar Səttarovla birgə vuruşub və düşmənə zərbə yetirərkən iki güllə yarası alıb. Ermənilər tərəfindən 44 güllə alan təyyarə ekipajı, son ana qədər düşmənə zərbə yetirməkdən çəkinməyib. Bütün bu hadisələr, Azərbaycan qadınını ölümə meydan oxuması filmdə öz əksini tapıb. Xatırladaq ki, film Türk rejissoru Reşid Demirtaş tərəfindən hazırlanıb. Adıçəkilən film bu günə qədər Türkiyənin dövlət telekanallarında və digər özəl kanallarda təqdim olunub. Çox təəssüf ki, filmin təqdimatı 3 ildən sonra Azərbaycanda gerçəkləşib.
Təqdimat mərasimində filmin rejissoru Reşid Demirtaş iştirak edirdi. Mərasimə Türkiyənin Azərbaycandakı səfirinin xanımı da qatılıb.
Yeri gəlmişkən filmdə qəhrəmanlığından bəhs olunan Firəngiz Səttarova tanınmış Azərbaycan müğənnisi Nura Surinin anasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB