Ötən günlərdə Əməkdar artist Elnur Kərimov Azərbaycan Teatr Xadimləri İttifaqına (TXİ) etiraz edib, üzvlükdən çıxmaqla bağlı ərizə yazdığını bildirmişdi. SİA-nın məlumatına görə, bu gün onun ərizəsinə rəsmi cavab gəlib.
Aktyor sosial media hesabında bu sözləri yazıb: “Mən artıq TXİ-nin üzvü deyiləm. Müsbət cavab gəldiyi üçün təşəkkür edirəm”.
Qeyd edək ki, aktyor TXİ-nin üzvü olduğu halda, baş tutan XIV konfransa buraxılmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB