Nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçiriləcək

Nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçiriləcək

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli 1293 nömrəli Sərəncamının icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi keçiriləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.

Müsabiqənin açılışı 2011-ci il 14 mart tarixində saat 10.00-da Bakı şəhər R.Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində (ünvan: R.Behbudov küçəsi, 8) olacaq, I tur 14-15 mart, II tur 16-17 mart tarixlərində keçiriləcək.

Belarus Respublikasının əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi münsiflər heyətinin tərkibinə respublikanın tanınmış musiqiçi və müəllimləri daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə