"I am jazman” müsabiqəsinin qaliblərinin konserti keçirilib FOTOLAR
Beynəlxalq Muğam Mərkəzində “Bakı Jazz” Beynəxlalq Caz festifalı çərçivəsində keçirilən gənc ifaçıların “I am Jazzman!” müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması keçirilib. SİA-nın məlumatına görə, konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məhşur caz ustalarının əsərlərini və milli caz kompazisiyalarını səsləndiriblər.
Konsertdə vokal ifalarla yanaşı skripka,piano, gitara və.b. musiqi alətlərində instrumental caz improvizələr də təqdim edilib.
Sonda gənc caz ifaçılar festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB