Gənclər Kamera Orkestri Sumqayıt teatrının səhnəsində çıxış edib FOTOLAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri Sumqayıtda konsert proqramı ilə çıxış edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, orkestrə Orxan Həşimov dirijorluq edib. Sumqayıtın 70 illik yubileyinə həsr olunan konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.

Sumqayıt Dövlət Dram Teatrın səhnəsindən Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Nərgiz Kərimovanın, Anar Şuşalının ifasında Azərbaycan və dünyaca məşhur bəstəkarların mahnıları səslənib. Həmçinin Əməkdar artist Sahib Paşazadə tarda, Beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı skripkada, Nicat Məsimov balabanda öz məharətini göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə