Nazir və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin oktyabr ayının 25-də saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev Əliyev Meydanı 1) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
№
Şəhər (rayon)
Əlaqələndirici
şəxs
Əlaqə
telefonu
1
Ucar rayonu
Alı Babayev
050-234-04-65
020-213-00-85
2
Zərdab rayonu
Urfan Əhmədov
050-375-83-03
020-296-60-61
3
Ağdaş rayonu
İlqar Vəliyev
050-389-80-81
020-235-56-19
4
Göyçay rayonu
Sahib Şükürov
050-226-00-37
020-274-60-24
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB