Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xorvatiyanın məşhur “Ad Gloriam Brass” ansamlı möhtəşəm konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, konsert proqramı Xorvatiya Respublikasının Azərbaycandakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Xorvatiya Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Branko Zebiç tədbirə gələn qonaqları salamlayaraq, belə bir konsert üçün Azərbaycana gələn “Ad Gloriam Brass” qrupuna və dəstək üçün Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Səfir çıxışında Azərbaycan -Xorvatiya münasibətinə toxunaraq, ölkələrimiz arasındakı əməkdaşlığın bütün istiqamətlərdə gücləndiyini vurğulayıb.
Daha sonra proqramı “Ad Gloriam Brass” ansamblının ifasıyla davam edib.
“Ad Gloriam Brass” 26 ildir ki fəaliyyət göstərən bir sekstet ansamblıdır. Konsertdə ansambl, Xorvatiyanın İsiriya bölgəsindən olan Renessans dövrünə aid xorvat musiqilərini, daha sonra Xorvatiya vokal musiqisindən ənənəvi parçalar, həmçinin müasir xorvat bəstəkarı Tomislav Uhlikin “Kiçik folklor sərgisi” əsərini ifa edib.
Konsertin ikinci hissəsində dünya opera ədəbiyyatından hazırlanmış kompozisiyalar və məşhur əsərlər ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB