“Arşın mal alan” balaca aktyorların ifasında nümayiş etdiriləcək- FOTO
Martın 10-da Musiqili Komediya Teatrının nəznində fəaliyyət göstərən "Günay" uşaq teatrı Milli peşəkar teatrımızın yaranması günü münasibəti ilə "Arşın mal alan" tamaşasını nümayiş etdirəcək. Teatrdan SİA-ya verilən məlumat görə, tamaşa "Teatr Xadimləri İttifaqının" diplomuna da layiq görülüb.
Balaca artistlər eyni zamanda Milli bayramımız Novruz bayramı günlərində və Beynəlxalq teatr günündə də öz tamaşaçılarını sevindirəcək. Novruz bayramında "Arşın mal alan" komediyası ilə tamaşaçılarının qarşısına çıxan kollektiv martın 27-də Beynəlxalq Teatr günü münasibətilə "Sevgi tarixçəsi" tamaşasını göstərəcəklər.
Tamaşa U.Şekspirin "Romeo və Culyetta" faciəsinin motivləri əsasında hazırlanıb. Tamaşanın rejissoru və ssenari müəllifi Larisa Tarusovadır.
Qeyd edək ki, 2009-cu ildən Musiqili Komediya Teatrının nəznində fəaliyyət göstərən yeganə rusdilli uşaq teatrı Azərbaycanın və Bakının mədəni həyatında əsas yerlərdən birini tutur. Teatrın bədii rəhbəri və rejissoru Larisa Tarusovadır. Uşaqlar tez-tez müxtəlif müsabiqə və festivallarda iştirak edərək, öz istedadlarını nümayiş etdirirlər. Teatrın repertuarında bir neçə maraqlı tamaşalar- "Məhəbbət hekayəsi", "Arşın mal alan", "Şelkunçik", "Balıqçı və qızıl balığın nağılı", "Fars motivləri" var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB