Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatlar daha da sürətləndirməyə başlayıb. Kino, teatr, musiqi tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları və Prezidentin ölkədə bu mədəniyyət sahələrinin inkişafı ilə bağlı sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var.
Azərbaycan incəsənəti dünya miqyasında ölkəmizi daha geniş miqyasda tanıtmaqdadır. YUNESKO və İSESKO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycana marağı və münasibəti dəqişib. Bizim bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və mənəvi irs siyahısına salınıb.
Azərbaycan muğam sənətinin, İçəri şəhərin (Şirvanşahlar Tarixi-Qoruq Muzeyi ilə birlikdə), Qobustan Dövlət Qoruğunun, YUNESKO-nun maddi və mənəvi irs siyahılarına salınması milli-mənəvi dəyərlərimizin dünyada tanınması istiqamətində görülən işlərin real nəticəsidir.
Bütün bunlarla yanaşı fevralın 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin nəzdində (AZTV) fəaliyyətə başlayan Mədəniyyət kanalının açılışı baş tutdu. Açılış mərasimində bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı dövlət rəsmiləri də iştirak etdi.
Bu kanalın fəaliyyətinin incəsənət xadimləri tərəfindən necə qarşılandığını bilmək üçün SİA onlar arasında sorğu keçirib. "Mədəniyyət" kanalının açılmasının böyük bir hadisə olduğunu diqqətə çatdıran xalq artisti Arif Babayev bildirib ki, bu kanalın açılması Azərbaycan mədəniyyətində böyük inkişafın göstəricisidir: "Kanalın açılması ilə Azərbaycan televiziya məkanında bir inkişaf daha başlayır. Bütün incəsənətlə bağlı olan verilişlərimiz demək olar ki, bu kanal vasitəsi ilə işıqlandırılacaq. İnanıram ki, bu telekanal digər kanallara bir nümunə olacaq. Bu kanalda bayağı musiqilər, lazım olmayan şeylər yayımlanmayacaq, yəni kanalın açılmasının çox böyük əhəmiyyəti olacaq. Onu da qeyd edim ki, kanalda mədəniyyət verilişlərindən başqa proqramlar yer almayacaq. Bir sözlə, şou xarakterli verilişlərin bu kanalda nümayiş olunmasından söhbət belə gedə bilməz".
Bu məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz digər sənətkarımız xalq artisti Mənsum İbrahimov qeyd edib ki, kanalın açılması çoxdan gözlənilən bir hadisə idi: "Sırf mədəniyyətimizlə bağlı olan bir kanalın açılması sevindirici haldır. Çünki bizim mədəniyyətlə və musiqi ilə bağlı çox böyük tədbirlərimiz olurdu. Ancaq onların hamısını efirdə işıqlandırmaq mümkün olmurdu. Lakin indi bütün bunları işıqlandırmaq üçün sahəmizə məxsus mədəniyyət kanalı mövcuddur. Bu kanal vasitəsi ilə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ edə biləcəyik. Bu kanalda təkcə Azərbaycan musiqisinə deyil, eləcə də dövlətimizin tarixinə, folkloruna, bir sözlə hər bir xırda mədəniyyət hadisəsinə xüsusi önəm veriləcək".
Şou xarakterli verilişlər yayımlanmayacağını bildirən M. İbrahimov: "Kanalda sırf Azərbaycanın mədəniyyətinin inkişafına xidmət edəcək verilişlər yer alacaq. Çünki burada çalışan bütün mütəxəssislər adi insanlar deyillər. Onlar Azərbaycan mədəniyyətini inkişafına xidmət edən insanlardır",- deyə əlavə edib.
Kanalın açılmasına münasibət bildirən xalq artisti Əlibaba Məmmədov da öz fikrini bizimlə bölüşüb. O vurğulayıb ki, bu kanalın açılması incəsənət adamlarının böyük bayramıdır: "Biz bunu çoxdan gözləyirdik. Bizim orada elə əsərlərimiz, çəkilişlərimiz var ki, biz onları nümayiş etdirməyə imkan tapmırdıq. Misal olaraq 20-30 il bundan əvvəl çəkilmiş lentlər arxivdən çıxarılıb nümayiş olunur. Bu kanalın açılması üçün prezidentimizə dərindən təşəkkürümü bildirirəm. Heç vaxt şou aləmi bu kanal yaxın dura bilməz", - deyən Ə. Məmmədov qeyd edib ki, bu kanalın böyüklüyü ondadır ki, burada əsl sənət nümayiş olunacaq.
Sorğu nəticəsində belə qənaətə gəlirik ki, belə bir kanalın açılmasına çoxdan ehtiyac vardı. Digər qaranlıq qalan bir məsələyə də aydınlıq gətirək ki, sorğuda fikirlərini bildirən sənətçilərimiz bu kanalda şou xarakterli verilişlərin aparılmasının mümkünsüz olduğunu bəyan etdilər. Ancaq müsahibimiz olan Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bu fikirlərin əksini söylədi. Onun sözlərinə görə, şou xarakterli veriliş məsələlərinə baxış bir qədər mürəkkəbdir.
Nizami Cəfərov onu da qeyd edib ki, mədəniyyət və incəsənət özü də eyni zamanda bir əyləncədir: "Ancaq təbii ki, bu əyləncə də səviyyəli olmalıdır. Əsas odur ki, əyləndirməklə də olsa maarifləndirə biləsən. "Mədəniyyət" kanalında şounun olması təbii haldır. Hətta şou biznesin texnologiyaları bu kanala daxil ola bilər. Ancaq bütün bunların həddi və keyfiyyəti var. Yəni sənətkarlıq və peşəkarlıq mədəniyyət kanalında birinci göstərici olmalıdır və hesab edirəm ki, belə də olacaq. "Mədəniyyət" kanalı yalnız klassik mahnılarımızdan deyil, eləcə də estrada, bu gün çox dəbdə olan bir sıra musiqi xüsusiyyətlərindən də istifadə edəcək".
P. S. Ümid edirik ki, cəmiyyətimizin çoxdandır ehtiyac duyduğu bu kanal öz fəaliyyəti ilə mədəniyyətimizin daha da inkişaf etməsinə təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB