Bu gün "Turizmə dəstək" Gənclər Koalisiyası "Turizmdə keyfiyyət: problemlər və perspektivlər" adlı konfrans keçirib. SİA-nın məlumatına görə, koalisiya bu konfransı il ərzində həyata keçiriləcək tədbirlər proqramını ictimaiyyətə çatdırmaq və Azərbaycanın turizm imkanları, problemlər və qarşıda duran məsələləri müzakirə etmək məqsədi ilə keçirib.
İlk olaraq çıxış edən koalisiyanın rəhbəri Ramiz Alıyev bildirib ki, koalisiyanın təsis olunmasında əsas məqsəd ölkə Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək olmaq, ölkəmizin turizm maarifçiliyini həyata keçirməkdir: "Koalisiya il ərzində turizm istiqamətində maarifləndirmə və təbliğat xarakterli silsilə tədbirlər həyata keçirəcək".
R. Alıyev vurğulayıb ki, koalisiyaya üzvülük sərbəst olduğuna görə, istənilən şəxs üzv ola bilər. Koalisiyaya 15-20-ə yaxın gənclər təşkilatının üzv olduğunu dilə gətirən təşkilat rəhbəri bildirib ki, bir il ərzində qurum üzvləri koalisiya tərəfindən həyata keçiriləcək bütün işlərdə yaxından iştirak edəcəklər.
Konfransda koalisiya üzvləri ilə yanaşı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyi, millət vəkilləri, xarici dövlətlərin ölkəmizdə olan səfirliklərin nümayəndələri və başqaları iştirak ediblər.
Konfransda həmçinin koalisiyanın cari ildə həyata keçirməyi planlaşdırdığı tədbirlərin proqramı da açıqlanıb.
Qeyd edək ki, "Turizmə dəstək" Gənclər Koalisiyası Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə bu ilin fevralın 2-də təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB