Xalq artisti Firəngiz Mütəllimova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb. SİA-nın məlumatına görə, aktrisa L.Əliyeva ilə Mərkəzi Parkda bir araya gəldikləri zaman lentə alınan fotolarını sosial şəbəkədə paylaşaraq, bu sözləri yazıb: "Təsadüfə bax, gör harada görüşdük? Mənim dünyalar gözəli balam - Leyla Əliyeva. Balam yazıram, çünki mənə qarşı diqqətiniz, qayğıkeşliyiniz və sevginiz bir övlad məhəbbəti idi. Hər şeyə görə təşəkkürlər. Söz verdiyiniz kimi, İnşallah, bizim teatrda görüşənədək".
Fotoda F.Mütəllimovanın bacısı Nərgiz Mütəllimova da yer alıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB