Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları Respublika İncəsənət Gimnaziyasında Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri, Məcnun rolunun ilk və ən gözəl, yaddaqalan ifaçısı Hüseynqulu Sarabskinin 140 illiyinə həsr olunmuş tədbir keçirib.
Kitabxanadan SİA-ya bildirilib ki, tədbirdə metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova sənətkarın ömür yolundan danışıb. Bildirib ki, H.Sarabski həmçinin “Cəhalət”, “Axtaran tapar”, “Nə tökərsən aşına, o çıxar qaşığına” kimi pyeslərin müəllifidir. Onun “Bir aktyorun xatirələri” və “Köhnə Bakı” əsərləri teatr tariximizin öyrənilməsi və tarixi-etnoqrafik material kimi çox qiymətlidir. H.Sarabski, eyni zamanda “Muğan”, “Dağlar”, “Leyla” və s. mahnıların müəllifidir. Sənətkarın “Köhnə Bakı” kitabında əsasən o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub.
Sonda şagirdlər həmin oyunların bəzilərini sevə-sevə oynadıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB