Xaçmaz Regional Mədəniyyət İdarəsində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının və gənc pianoçuların IV Respublika müsabiqəsinin region üzrə qaliblərinin mükafatlanıdırılması ilə bağlı tədbir keçirilib. Nazirlikdən SİA-ya tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, regionda fəaliyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin direktorları, müsabiqələrdə uğur qazanmış müəllim və şagirdlər iştirak edib.
Tədbirdə çıxış edən regional mədəniyyət idarəsinin rəisi Nazim Ağayev ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açıb, müsabiqədə uğur qazanan iştirakçıları təbrik edib, onlara bundan sonrakı təhsil həyatında daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.
Sonda qaliblərə Mədəniyyət Nazirliyinin diplom, fəxri fərman və hədiyyələri təqdim edilib.
Qeyd edək ki, keçirilən müsabiqələrdə region üzrə 3-ü müəllim və 18-i şagird olmaqla ümumilikdə 21 nəfər uğur qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB