“Mən öləndə ağlama” tamaşası nümayiş ediləcək

Oktyabrın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında yeni tamaşalardan sayılan “Mən öləndə ağlama” tamaşası nümayiş olunacaq.

SİA-nın məlumatına görə, yazıçı Pərvin Nurəliyevanın pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.

Monotamaşada gənc və istedadlı aktrisa Səbinə Məmmədova maraqlı obraz yaradıb.

Qeyd edək ki, tamaşanın premyerası bu il mart ayının 29-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə