Nəsimiyə həsr olunmuş yeni albomun təqdimatı olub

Bakıda şair İmadəddin Nəsimiyə həsr olunmuş yeni albomunun təqdimatı olub. SİA-nın məlumatına görə, “YARAT” Müasir İncəsənət Mərkəzində gerçəkləşən təqdimat mərasimi məşhur “Les Gardiens Du Silence” musiqi qrupunun iştirakı ilə reallaşıb.

2015-ci ildə əsası qoyulmuş qrup, musiqinin mistik imkanlarının öyrənilməsi ilə məşğul olur. Qrup Misir, Şumer, Babil və Yunanıstan kimi qədim dövlətlərin musiqi və mədəniyyətlərinə əsaslanaraq yaradılıb. 2017-ci ildə kollektiv “Divine Balance: Feminine. Divinity” adlı ilk albomunu buraxıb. Onların musiqisi əsasən qəlbin rahatlığı, meditasiya, özünü dərk etmək üçün istifadə olunur. Janrları isə dünya musiqisi, yeni dövr musiqisi, etno-ruhi və qədim folk musiqisini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə