Milli Arxiv İdarəsi regionlarda seminar-məşğələləri davam etdirir

Milli Arxiv İdarəsi regionlarda seminar-məşğələləri davam etdirir

Milli Arxiv İdarəsi respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının, o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. İdarədən SİA-ya bildirilib ki, növbəti tədbir Dövlət Arxivinin Şirvan filialında reallaşıb. Seminarda filialın direktoru Hamlet Hüseynov, filialın əməkdaşları, həmçinin filialın əhatə dairəsinə daxil olan Saatlı, Sabirabad və Hacıqabul rayon dövlət arxivlərinin müdirləri iştirak ediblər.

Seminar-məşğələlərdə arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi, sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və müzakirələrin aparılması nəzərdə tutulub.

Seminarlar Milli Arxiv İdarəsinin əməkdaşları - Natiq Eminov, Camaləddin Cavadov və Həbib Həsənov tərəfindən aparılıb.

Seminarlar zamanı cari məsələlər barədə geniş müzakirələrlə yanaşı, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə