Tərcümə Mərkəzinin yeni mədəniyyət portalı fəaliyyətə başlayır
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaxın günlərdə “Epiloq.az” adlı yeni elektron mədəniyyət portalı fəaliyyətə başlayacaq.
Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, “Epiloq.az” – yerli və dünya ədəbi-mədəni prosesində baş verən mühüm hadisələri, ölkənin dil, ədəbiyyat, tərcümə, tədris və digər sahələrində yaşanan mənzərələri, mövcud problemləri operativ şəkildə işıqlandıracaq. Portalın “Facebook” və “YouTube” səhifələri bu mövzularda videomüsahibələr, dəyirmi masalar, debat və dialoqlar təqdim edəcək.
Portalın baş redaktoru – tanınmış yazıçı-publisist Qan Turalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB