34 Uşaq Musiqi Məktəbində "Müəllimlər günü" qeyd edilib - FOTOLAR

34 Uşaq Musiqi Məktəbində "Müəllimlər günü" qeyd edilib - FOTOLAR

Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayonundakı 34 saylı Uşaq Musiqi Məktəbində "Müəllimlər günü"nə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin məsil işçisi Məlik Hüseynov, Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva, məktəbin müəllimləri və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Uşaq Musiqi Məktəbinin müəllimi Sona Səfərova 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji kollektivi təbrik edib: "Bu əlamətdar gün həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram" deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətlərinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb".

34 saylı Uşaq Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva çıxış edərək müəllimləri peşə bayramları münasibətilə təbrik edib, onlara bu şərəfli yolda uğurlar arzulayıb. Məktəb direktoru bildirib ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident tərəfindən bu amilin dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Xətai rayon İcra hakimiyyətinin məsil işçisi Məlik Hüseynov çıxış edərək dövlətimizin təhsil sahəsinə, bu sahədə çalışan insanlara diqqət və qayğısından danışıb. Prezident İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın ölkənin işıqlı gələcəyini, xalqın xoş sabahını təmin edən təhsilə verdikləri önəmdən söz açan natiq son 10 il ərzində Azərbaycanda minlərlə təhsil ocağının inşa edildiyini, yenidən qurulduğunu, müasir avadanlıqlarla təmin edildiyi diqqətə çatdırıb. M.Hüseynov çıxışının sonunda təhsil işçilərini, müqəddəs peşə sahiblərini - müəllimləri bayram münasibətilə təbril edib

Sonda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə