Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa yenidən göstəriləcək
Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilən “Ah, bu uzun sevda yolu” tamaşası sənət ocağının oktyabr repertuarına salınıb. SİA-nın məlumatına görə, oktyabrın12-də təqdim ediləcək səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB