Xaçmazda “İstedadlar sorağında” müsabiqəsinin yekun tədbiri keçirilib

Xaçmazda “İstedadlar sorağında” müsabiqəsinin yekun tədbiri keçirilib

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsi və Yeni Azərbayca Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “İstedadlar sorağında” müsabiqəsinin yekun tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müsabiqənin əhəmiyyətindən danışıraq bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd regionumuzda mədəniyyət və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı insanların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə dəstək verilməsidir.

Daha sonra tədbir regiona daxil olan rayonlarda ilk seçim turunda uğur qazanmış iştirakçıların çıxışları ilə davam edib.

Yekunda münsiflər heyyətinin qiymətləndirilməsinə əsasən hər bir nominasiya üzrə ilk 3 yeri tutmuş iştirakçılar Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyələrlə təltif edilib.

Tədbir regionun incəsənət ustalarının ifaları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə