63-cü London Film Festivalı işə başlayıb. 78 ölkənin təmsil olunduğu festivala 229 film təqdim edilib. Festivalda, həmçinin 28 dünya premyerası keçiriləcək.
Festival Çarlz Dikkensin “Devid Kopperfild” əsəri əsasında çəkilmiş “Devid Kopperfildin şəxsi tarixi” filminin nümayişi ilə başlayacaq. On iki gün davam edəcək festivalın sonuncu filmi isə rejissor Martin Skorsesenin “İrlandiyalı” filmi olacaq. Son illər İngiltərədə kino sənayesi sürətlə inkişaf edir. London Film Festivalı dünyanın ən böyük film festivallarından biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB