Pantomima Teatrı “İt gəzdirən xanım”ı bu ay da repertuara daxil edib
Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan “İt gəzdirən xanım” bu ay da repertuara salınıb. SİA-nın məlumatına görə, A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri oktyabrın 5-də tamaşaçıların ixtiyarına veriləcək.
Leyla Atayevanın quruluşunda baxılacaq tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur.
Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.
Qeyd edək ki, A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında 1960-cı ildə “Lenfilm” kinostudiyasında eyniadlı film də ekranlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB