Başqırd yazıçılarının kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub

Başqırd yazıçılarının kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub

Başqırd yazıçılarının kitabları M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına hədiyyə olunub. SİA-nın məlumatına görə, Bakıda keçirilmiş “Kitabxanalar mobil informasiya mərkəzləri kimi” adlı beynəlxalq elmi-praktiki konfransda Başkortostan Yazıçılar İttifaqının sədri Zəki Alibayev və A.-Z.Validi adına Milli Kitabxananın direktor müavini Lyutsiya İlyasova da iştirak ediblər.

Konfrans çərçivəsində Azərbaycan Milli Kitabxanasında beynəlxalq əməkdaşlıq zalının açılışı da olub. Başkortostanın “Kitap” nəşriyyatının buraxdığı “Ural Batır” və “Başkortostan təranələri”, habelə Munir Kunafinin prozaik külliyyatı, Rinat Kamalın yeni romanı kitabxananın fonduna təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə