Musiqili Teatrın oktyabr REPERTUARI

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, sənət ocağının səhnəsində oktyabrın 4-də “Bir dayan canavar” və “Molla Nəsrəddinin beş arvadı”, 5-də “Qırmızı papaq” və “Qızıl toy”, 6-da “Buratino” və “Baladadaşın toy hamamı” tamaşaları izləniləcək.

Bununla yanaşı, tamaşaçılar oktyabrın 26-da “Qırmızı papaq” və “Mən dəyərəm min cavana”, 27-də isə “Düyməcik və “O olmasın, bu olsun” tamaşalarına baxa biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə