Sentyabrın 28-də Lənkəran Dövlət Dram Teatrının truppası Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Qırğızstanın Xalq yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” əsəri əsasında hazırlanmış eyni adlı tamaşa ilə çıxış edib.SİA-nın məlumatına görə, rayonun icra strukturları, təhsil, səhiyyə, mədəniyyət təşkilatları və yerli ictimaiyyət nümayəndələrinin böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Miranda Qurbanovadır.
Rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artistlər Zemfira Nəcəfova və Sucəddin Mirzəyev, aktyorlardan Şarud Mehdiyeva, Qızılgül Quliyeva, Sayad Əliyev, Təranə Fərəcova ifa ediblər.
Tamaşadan sonra 70 yaşı tamam olmuş teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevin ünvanına təbriklər səslənib. Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova və digər natiqlər tanınmış sənətkarın Azərbaycan teatrının inkişafına verdiyi töhfələrdən söz açıblar.
Sonda yubilyara Cəlilabad RİH başçısının Fəxri Fərmanı, həmçinin ayrı-ayrı təşkilatlar tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB