Mədəniyyət evinin kollektivi “Yanardağ”a ekskursiya təşkil edib

Mədəniyyət evinin kollektivi “Yanardağ”a ekskursiya təşkil edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Kürdəxanı Mədəniyyət evinin kollektivi Ümumdünya Turizm Günü ilə bağlı “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil edib.

Baş İdarədən SİA-ya bildirilib ki, ekskursiyada “Yanardağ”la bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli Sərəncamı ilə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Qoruğun ərazisi 64,55 hektar təşkil edir.

Ekskursiyada Mədəniyyət evinin rəsm kursunun uşaqları “Yanardağ”ı canlı görərək rəsmlərini çəkiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə