Arif Babayev: “Azərbaycan milli musiqisi gənclərin sayəsində hər zaman yaşayacaq”

Arif Babayev: “Azərbaycan milli musiqisi gənclərin sayəsində hər zaman yaşayacaq”
Ölkədə mütəmadi olaraq təşkil olunan muğam festivalları Azərbaycan muğamlarının çoxşaxəli və zəngin olduğunu bir daha sübut edir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında xalq artisti Arif Babayev deyib. O bildirib ki, bu gün istedadlı gənclərin aşkarlanması, onların müxtəlif müsabiqələr vasitəsilə tanıdılması bizə deməyə əsas verir ki, milli musiqimiz onların sayəsində hər zaman yaşayacaq. A.Babayev vurğulayıb ki, bugünki gənclər öz ifaları ilə bütün dünyada muğamlarımızı təmsil edir və bu bir müəllim kimi məni çox sevindirir.

"Bu müsabiqələrin təşkili bir daha sübut edir ki, muğam ifaçılığı Azərbaycanda çox inkişaf edib. Danılmaz faktdır ki, hazırda muğamlarımızın inkişafına böyük dövlət qayğısı var. Xüsusən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya çox minnətdaram ki, mədəniyyətimizin ən gözəl nümunəsi olan muğama bu qədər qayğıyla yanaşır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə