“Qəfil görüş: çağdaş polyak poeziyası antologiyası” kitabı təqdim olunub- FOTO
Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Polşanın Azərbaycandakı səfirliyi ilə birlikdə "Qəfil görüş: çağdaş polyak poeziyası antologiyası" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə tanınmış ədəbiyyatçılar, sənət adamları, polyak poeziyasının pərəstişkarları, polyak icmasının nümayəndələri və başqaları iştirak ediblər.
Mərasimi giriş sözü ilə ABİ-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev açaraq kitabın nəşrinin Azərbaycan ədəbi həyatı üçün olduqca əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Daha sonra Polşanın Azərbaycandakı səfiri Mixal Labenda çıxış edərək kitabın xalqlarımızın mədəniyyətlərinin yaxınlaşmasında vacib addım olduğunu qeyd edib və kitabın Polşa poeziyası mütəxəssisləri və pərəstişkarları üçün dəyərli töhfə, gözlənilən "qəfil görüş" adlandırıb.
Sonra isə kitabın tərcüməçilərindən biri, şair, tərcüməçi "Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O həmçinin qeyd edib ki, kitaba XX əsr Polşa poeziyasının korifeyləri, ədəbiyyat üzrə Nobel Mükafatı laureatları- Çeslav Miloş və Vislava Şimborskanın, habelə digər görkəmli şairlər daxil edilib.
"Qəfil görüş- çağdaş polyak poeziyası antologiyası" kitabının çapı layihə olaraq Polşanın Azərbaycandakı səfirliyi tərəfindən həyata keçirilib və Polşanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.
Məlumat üçün bildirək ki, kitab Azərbaycanda son illərdə nəşr olunan ilk ikidilli (bilinqva) poetik antologiyadır. Layihənin əlaqələndiricisi, səfirliyin mədəniyyət attaşesi Yoanna Senkeviç, tərtibçisi və ön sözün müəllifi isə Aqneşka Ronçkadır.
Qeyd edək ki, kitabın əsas tərcüməçiləri, redaktorları və bədii işlənmə müəllifləri şair və tərcüməçilər Səlim Babullaoğlu və Rafael Tağızadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB